Osipyan istefa verdi
18.09.2019
Ermənistan Müdafiə naziri David Tonoyan istefaya getməsi haqqında yayılan məlumatların həqiqət olmadığını bildirib.
Tonoyan bunu jurnalistlərə açıqlamasında deyib. O, baş nazirlə bununla bağlı heç bir müzakirə aparılmadığını deyib.
Tonoyan həmçinin Nikol Paşinyanla heç bir fikir ayrılığının olmadığını da söyləyib.
Qeyd edək ki, bundan öncə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan istefaya göndərilib. Bundan sonra Müdafiə naziri Tonoyanın və Ermənistanın polis rəisi Osipyanın istefa verəcəyi məlumatı yayılıb.
Osipyan artıq istefa verdiyi, rəsmi məlumatın bu gün yayılacağı bildirilib.