Polisi təhqir edən sürücü ilə bağlı rəsmi AÇIQLAMA + VİDEO
18.09.2019
Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır.
Bu barədə BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sürücü ilə yol polisi arasında baş verən mübahisənin videosu yayılıb. Görüntülərdə sürücünün polisi ağır ifadələrlə təhqir etdiyi, polisin böyük səbr nümayiş etdirdiyi əks olunub.