CHP-dən qəribə açıqlama
18.09.2019
Heç kimin yaşayış tərzinə müdaxilə etmirik.
Bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib.
"Bəs, nə üçün siyasətlə məşğuluq? Hər kəsin qarnı doysun deyə... Hər evdə qazan qaynasın, işsizlik olmasın, sabitlik və bərəkət olsun deyə siyasətlə məşğuluq. Əgər biz siyasi mübarizəni bu günə davam etdirməsək, kimin doğru, kimin yalan dediyini vətəndaş anlaya bilməz”, - deyə partiya lideri bildirib.