Hərbi sursatımız az idi, konflikti təxirə saldıq - Trampdan etiraf
17.09.2019
Prezidentlik müddətimin əvvəlində ABŞ-da hərbi sursat baxımından defisit var idi.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, bu barədə ona həmin dövrdə Müdafiə naziri olan Ceyms Mettis məlumat verib.
"O, bunları mənə dedi, çünki o dövrdə bir ölkə ilə (adını açıqlamayacam) müəyyən vəziyyətdə idik, aramızda konflikt başlaya bilərdi. Mettis məni sözügedən vəziyyəti aradan qaldırmaq üçün o ölkə ilə münaqişəni təxirə salmağa çağırdı”, - Tramp bildirib.