İçki və siqaret istehsalı artıb
17.09.2019
Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə, içki istehsalında 44,9 faiz, tütün məmulatlarının istehsalında 32,2 faiz, qida məhsullarının istehsalında isə 15,7 faiz artım müşahidə olunub.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 77,8 faiz, kolbasa məmulatları 46,5 faiz, qaymaq və xama istehsalı 21,7 faiz, alkoqolsuz içkilərin istehsalı 15,5 faiz, cem və marmeladların istehsalı 12,5 faiz, üzlü süd istehsalı 2,8 faiz artıb.