Pxenyan: Nüvədən bu halda imtina edəcəyik
17.09.2019
ABŞ ilə nüvə danışıqları bir neçə həftə ərzində yenidən başlayacaq.
Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyindən məlumat verilib.
XİN-dən verilən bəyanatda ABŞ-la müzakirələrin iki ölkənin yürütdüyü diplomatiyanın taleyini müəyyən edəcəyi bildirilib. Bundan əlavə, qeyd edilib ki, Şimali Koreyanın nüvə silahlarından təmizlənməsi yalnız ölkənin inkişafını əngəlləyən təhdidlərin aradan qalxacağı təqdirdə mümkün olacaq.
Qeyd edək ki, bundan öncə yayılan məlumatda Şimali Koreya lideri Kim Çenin amerikalı həmkarı Donald Trampı Pxenyana dəvət etdiyi bəyan edilib.