16 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Ərdoğandan ermənilərə MÜRACİƏT

24.04.2018

Həyatlarını itirən Osmanlı ermənilərini bir daha hörmətlə yad edirəm. Fürsətdən istifadə edərək eyni dövrdə xəstəliklər, köçlər, müharibə və atışmalar zamanı itirdiyimiz milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm.
"Dövran Media" xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 apreldə erməni patriarxlığında keçirilən mərasimlə bağlı mesajında qeyd olunub.
"Biz tarix boyu acıları ayıran, bir-biri ilə yarışdıran deyil, daim paylaşan bir millət olduq. Öz torpaqlarımızda yaşayan insanlarla bərabər Əndəlüsdən Afrikaya, Cənubi Asiyadan Avropaya qədər başı dara düşən hər kəsin köməyinə qaçdıq. Bunu edərkən də heç kəsin inancına, dilinə, dininə, etnik və mədəni mənsubiyyətinə baxmadıq”, - Ərdoğan bildirib.