Dünya çempionatı başlayır - Bakıda
16.09.2019
Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürəcək.
7 gün davam edəcək mundialda 62 ölkədən 312 idmançı xalça üzərinə çıxacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına əsas təsnifat xarakteri daşıyacaq. Olimpiadaya 98 vəsiqədən 41-i dünya çempionatında sahibini tapacaq.
Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar Yaponiya paytaxtında iştirak hüququ əldə edəcəklər. Qrup hərəkətlərində isə ilk "beşlik” dörd illiyin ən möhtəşəm yarışına vəsiqə qazanacaq. DÇ-2018-də mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə çıxdığından 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.
Azərbaycan yığması dünya çempionatına 9 idmançı ilə qatılacaq. Ölkəmizi yarışın fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan, Veronika Hudis və Məryəm Səfərova təmsil edəcəklər. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova çıxacaqlar.
İlk 5 gündə fərdi gimnastlar xalçaya çıxacaqlarsa, son 2 gündə qrup hərəkəti üzrə komandalar güclərini yoxlayacaqlar. İlk dəst medal isə sentyabrın 17-də öz sahibini tapacaq. Dünya çempionatının bağlanışı sentyabrın 22-də, saat 16:15-də olacaq.
Dünya çempionatının təqvimi
16 sentyabr
12:00 - 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə)
13:35 - 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top
16:00 - 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top
17:35 - 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top
19:15 - 20:00. Açılış mərasimi
17 sentyabr
10:00 - 11:20. C qrupu, təsnifat mərhələsi. Halqa və top
11:35 - 12:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top
14:00-15:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top
15:35 - 17:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top
19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - halqa
20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - top
20:40 - 20:55. Mükafatlandırma mərasimi: Halqa və top
18 sentyabr
12:00 - 13:40. D qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
13:55 - 15:40. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
15:40 - 16:40. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
18:55 - 20:50. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
19 sentyabr
09:00 - 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
11:15 - 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
14:10 - 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent
16:05 - 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent
19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - gürzlər
20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - lent
20:40 - 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent
20 sentyabr
14:30 - 17:25. Çoxnövçülük üzrə final, B qrupu (təsnifatda 13-24-cü yerləri tutmuş gimnastlar)
17:40 - 20:35. Çoxnövçülük üzrə final, A qrupu (təsnifatda 1-12-ci yerləri tutmuş gimnastlar)
20:35 - 20:40. "Longines” mükafatı – "Prize of Elegance”
20:40 - 20:50 Mükafatlandırma mərasimi: Çoxnövçülük
21 sentyabr
14:30 - 16:10. Qrup hərəkətləri, A qrupu. - 5 top, 3 halqa + 2 cüt gürz (növbə ilə)
16:30 - 18:10. Qrup hərəkətləri, B qrupu, 5 top, 3 halqa + 2 cüt gürz
18:15 - 18:25. Mükafatlandırma mərasimi: Çoxnövçülük
22 sentyabr
14:30 - 15:13. Qrup hərəkətləri, final - 5 top
15:15 - 15:58. Qrup hərəkətləri, final - 3 halqa + 2 cüt gürz
16:00 - 16:15. Mükafatlandırma mərasimi: 5 top / 3 halqa + 2 cüt gürz
16:15 - 16:45. Bağlanış mərasimi, Qala konsert