İsrailin bu alçaqca təşəbbüsü... – Çavuşoğlu
15.09.2019
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsrailin Baş naziri Benyamin Netanyahunun seçki vədi kimi İordan çayının qərb sahilini ilhaq edəcəyini deməsini kəskin şəkildə tənqid edib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
"Bu utancverici açıqlama seçkilərdə bir neçə artıq səs toplamağa hesablanmış alçaqca bir təşəbbüsdür. Bəzi ölkələrin dəstəyi ilə cəsarətlənən İsrail irqçi, aparteid rejiminə çevrilməyə başlayan siyasəti davam etdirir” , - Çavuşoğlu bildirib.