ABŞ-da da atışma olub: 1 ölü
15.09.2019
ABŞ-ın Vaşinqton ştatının Siettl şəhərində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb.
Sentyabrın 13-dən 14-ə keçən gecə naməlum şəxs metro stansiyada insanlara atəş açıb. Hadisə nəticəsində ən azı üç nəfər yaralanıb, biri xəstəxanada ölüb.
Polis şübhəli bilinən şəxsin axtarışını aparır, istintaq başlayıb.