21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kütləvi aksiyalar olacaq

14.09.2019

Hökumət Amulsar (qızıl mədəni) məsələsində uduzduğunu anlayır, ona görə də bu mövzunu dəyişmək və cəmiyyətin diqqətini başqa yerə yönəltməyə çalışır.
Bu məlumatı "Past” qəzeti yayıb.
"Hökumət artıq skandallı həbslərin işə yaramayacağını anlayır və ona görə də cəmiyyət üçün yeni şou yaratmağa cəhd edir. Lakin məsələ odur ki, Cermukun əhalisi və ekoloqlar kifayət qədər qətiyyətlidirlər, ona görə də geri addım atmağa çalışmırlar. Üstəlik, Amulsarın istismarına qarşı mübarizənin yeni "Elektrik İrəvan” aksiyalarına çevrilməsi barədə danışıqlar var. Yaxın günlərdə məşhur şəxslərin, o cümlədən şou-biznes nümayəndələrinin iştirakı ilə kütləvi aksiyalar gözlənilir. Paşinyana artıq bütün mümkün risklərlə bağlı məlumat verilib”, - deyə o bildirib.
Qeyd edək ki, "Elektrik İrəvan” aksiyaları 2015-ci ildə baş tutub. Aksiyalar ölkədə elektrik enerjisinin qiymətinin artırılmasıyla əlaqədar keçirilib.