Neft zavodu partladıldı - Ərəbistan alov içində
14.09.2019
Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.
Abkayk bölgəsində - "ARAMCO” şirkətinə məxsus müəssisə yanır.
Bildirilir ki, müəssisəyə Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum olub. Yanğın PUA ilə törədilən partlayışdan sonra başlayıb. Rəsmi Ər-Riyad ərazinin nəzarətə götürüldüyünü, yanğına qarşı tədbirlərin başladığını bildirsə də, alovun gücləndiyi müşahidə olunur.
Hava hücumunun bu gecə edildiyi bildirilir. Hələlik itkilər barədə açıqlama verilməyib.
Baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.