Azərbaycanla bağlı yeni sayt yaradıldı -Türkiyədə +FOTO
13.09.2019
Türkiyədə Azərbaycanın milli maraqlarını müdafiə etmək, əsasən İstanbul şəhərində güclü bir şəkildə fəaliyyət göstərən erməni lobbisinə qarşı kəsərli informasiya mübarizəsi aparmaq məqsədi ilə ASASmedya.info saytı yaradılıb.
Xəbər verildiyi kimi, "ASASmedya”nın əsas məəqsədlərindən biri də, Azərbaycanda yaşayan aydınlarımızın, sənət adamlarımızın, elm və mədəniyyət adamlarımızın Türkiyədə tanıdılmasıdır.
Layihənin ideya rəhbəri Şəbnəm Karslı, baş redaktoru Elçin Aslangildir.
Aygün Həsənoğlu, Şəbnəm Karslı, Nigar Ögeday kimi Türkiyədə yaşayan soydaşlarımız "ASASmedya” ilə əməkdaşlıq edir.