Azərbaycanlılar bu ölkədən geri qaytarılır - açıqlama
13.09.2019
Azərbaycan vətəndaşlarının readmissiya sazişləri çərçivəsində geri qaytarılması ilə bağlı müraciətlər daha çox Almaniya ilə bağlı olur.
Bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusu keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, pasportlarını, sərhəd keçmə sənədlərini itirən Azərbaycan vətəndaşları adətən readmissiya sazişləri çərçivəsində bir müddətdən sonra həmin dövlətlərin miqrasiya qurumları tərəfindən ölkəyə geri qaytarılırlar
"Ancaq qeyd etmək istəyirəm ki, bu hal dünyanın hər yerində var. Azərbaycanda isə qonşu dövlətlərlə müqayisədə azdır. Gürcüstanda və Ermənistanda əhalinin say nisbətini nəzərə alsaq, bu ölkələrdə qaçqın statusu üçün müraciətlər bizdən 2 və ya 3 dəfə çoxdur".