Belarusu kiminsə qarışdırmasına izn verməyəcəyik - Lukaşenko
13.09.2019
Belarusdakı parlament seçkisi gələcəkdə baş tutacaq prezident seçkisinin məşqidir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Belarusu kiminsə qarışdırmasına izn verməyəcəyini bildirib:
"Mən artıq demişəm ki, biz imtahan verməyə başlamışıq. Bizə seçkiqabağı təşviqat dövrünü rahat keçirməyə imkan vermirlər. Biz gərək hər şeyi olduğu kimi keçirək. Ölkənin qarışdırılmasına izn verə bilmərik”.