Əlillərlə bağlı vacib - QƏRAR
13.09.2019
İnfrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi, tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət qaydası təsdiq edilib.
Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Bu qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 17-ci maddəsinə uyğun olaraq hazırlanıb.
Eyni zamanda, infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına xidmət edir.
Qeyd edək ki, qərar Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə verilib.