Bu ofisdə Azərbaycan dilində danışan operator yoxdur
12.09.2019
Türk Hava Yollarının Bakı ofisinin telefon zənglərini qəbul edən operatoru zəng edənlərə rus, ingilis və türk dilində cavab verir. Ancaq Azərbaycan dilində danışan operator yoxdur.
Xəbər verildiyi kimi, belə bir problemi jurnalist Azər Sarıoğlu gündəmə gətirib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bir şirkət filialının bu ölkənin dilində xidmət göstərməməsi ayıbdır:
"Türk Hava Yollarının Bakı ofisinə zəng etmişəm. Operator rusca cavab verir. Əlavə olaraq rus dilində deyir ki, rusca davam etmək üçün "0", ingiliscə üçün "1", türkcə davam üçün "2"-yə tıklayın. Bəs Azərbaycan dilinə necə, "tıklamağı” lazım bilmirsiniz?
Azərbaycanda fəaliyyət göstərən və buradan pul qazanın bir şirkətin bu cür fəaliyyəti yolverilməzdir”.