Netanyahu: İran Rusiyanı vuracaq
12.09.2019
Moskva və Tehranın mövqeləri heç də hər zaman üst-üstə düşmür.
Bunu RBK-ya müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O, Rusiyanın gələcəyi üçün iki təhlükənin olduğunu bildirib. Netanyahu bunlardan birinin sünni radikal islam, digərinin isə İran olduğunu deyib:
"İran nüvə silahına sahib olmaqla Yaxın Şərqi ələ keçirmək istəyir. Yekunda Tehran silahını və ideologiyasını təkcə Qərbə və İsrailə yox, Rusiyaya da "göndərəcək”.