Sarkisyan İSTEFA VERDİ
23.04.2018
Ermənistan baş naziri Serj Sarkisyanın vəzifəsindən istefa verib. Bu barədə açıqlama az öncə verilib.
"Dövran Media" saytı xəbər verir ki, bu barədə ilk xəbəri "İravunk” qəzetinin parlamentdəki müxbiri Qrant Sarafyan yayıb.
Qərara əsasən, baş nazir postu Karen Karapetyana həvalə olunacaq.
"İravunk” Sarkisyanın istefası barədə qərarın aprelin 24-də xalqa elan olunacağını yazır.