İran və Çin hərbi əməkdaşlığı artırır
11.09.2019
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Pekinə səfər edib.
M. Baqirinin rəsmi qarşılanma mərasimi bu gün günün ikinci yarısında Çin Müdafiə Nazirliyində təşkil olunacaq.
Üç günlük səfər çərçivəsində M. Baqiri çinli həmkarı və digər rəsmi şəxslərlə ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparacaq.