Paşinyan həbsdən buraxıldı: SƏBƏB - Canlı
23.04.2018
Ermənistanda müxalif hərəkatın lideri Nikol Paşinyan azad edilib. Paşinyanla bərabər həbsdən Ararat Mirzoyan və Sasun Mikayılyan da buraxılıb.
Paşinyan açıqlamasında baş nazirin müavini Karen Karapetyanla heç bir danışıq aparmadığını bildirib.
Nikol Paşinyan həbsdən niyə azad edildiyinə aydınlıq gətirib:
"Məni həbsdən hakimiyyət dəyişikliyi olduğu üçün azad ediblər. Hakimiyyət xalqa keçib”.
O, həmçinin Baş nazirin müavini Karen Karapetyanla görüşünün nəticələri barədə bugünkü mitinqdə danışacağını bildirib.