Gənc nazirin - İlk çıxışı
23.04.2018
Azərbaycanın yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov Nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsipini açıqlayıb.
"Dövran Media" xəbər verir ki, nazir fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq), innovasiyalarının tətbiqinin əsas götürüləcəyini qeyd edib.
O, fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların, xüsusilə "Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Xatırladaq ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə təyin edilib.