AŞPA prezidentinin Bakı səfərinin proqramı açıqlandı
10.09.2019
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskienin sentyabrın 11-12-də Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin proqramı açıqlanıb.
Report-un məlumatına görə, AŞPA prezidenti ikigünlük səfər çərçivəsində Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, İntizam komissiyası, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşləri nəzərdə tutulub.
Eyni zamanda L.M.Paskie sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək "Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa" adlı "dəyirmi masa"da da iştirak edəcək.