İrəvanda Sorosa etiraz arsiyası
09.09.2019
İrəvanda "Veto” hərəkatının yüzə yaxın nümayəndəsi Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondunun binası qarşısında mitinq təşkil edib.
Xəbər verildiyi kimi, bu məlumatı TASS agentliyi yayıb. Etirazçılar Soros Fondunun fəaliyyətinin ölkə ərazisində dayandırılmasını tələb ediblər.
"Biz dəfələrlə bəyan etmişik ki, bu fond bizim ölkəmizin əsaslarını məhv edir. Qrant alan insanlar bu təşkilat üçün çalışırlar, periodik olaraq hər şeyi edirlər ki, Ermənistan bu dünyada butaforiyaya çevrilsin. Biz bu təşkilat ölkədə qadağan edilənə qədər mübarizə aparacağıq”, – deyə hərəkatın lideri Narek Malyan deyib.