Qadının kipriklərində gənələr yuva saldı
09.09.2019
Çinin Hubey vilayətinin sakininin kipriklərində gənələr yuva salıblar.
32 yaşlı qadın son yarım ildə gözlərinin qıcıqlanmasından və kipriklərinin tökülməsindən şikayətlənib. Xəstəxanaya müraciət etdikdən sonra onun kipriklərində anomal sayda mikroskopik gənələr tapıblar.
Həkimlərin rəyinə görə, qadın yatmadan əvvəl üzündəki kosmetikanı tam yumayıb, yaxud elə kosmetikalı yatıb. Ölmüş dəri və kosmetika çirki gənələrin çoxalması üçün münbit şərait yaradıb.
Gənələrin artımına isti hava şəraiti də təsir göstərir: bir kiprikdə 36-dək qədər həşərat yaşaya bilər.