Çin onlara görə kiberhücumlar etdi
09.09.2019
Çin uyğurların izlənilməsi üçün bəzi ölkələrin rabitə sistemlərinə hücum edib.
Xəbər verildiyi kimi, bu məlumatı "Röyter” yayıb.
"Çin hökumətinə çalışan hakerlər Mərkəzi və Cənub-Şərqi Asiyadakı uyğur turistlərin izlənilməsi üçün telekommunikasiya şəbəkələrini sındırıblar. Kampaniya çərçivəsində fərqli Çin haker qrupları Türkiyə, Qazaxıstan, Hindistan, Tailand və Malayziyanın rabitə operatorlarını təhdid altında qoyublar”, – deyə agentlik bildirib.
Agentliyə danışan bir sıra hüquq müdafiəçiləri hücuma məruz qalan ölkələrin daha çox uyğurlar tərəfindən Türkiyəyə gediş üçün tranzit olaraq istifadə edildiyini deyib.