İnquşetiya yeni rəhbərini seçdi
08.09.2019
İnquşetiya parlamenti respublikanın yeni rəhbəri vəzifəsində Mahmud Əli Kəlimatovu seçib.
Bu məlumatı "RİA Novosti” yayıb. Kəlimatovun xeyrinə İnquşetiya parlamentinin 27 deputatı səs verib.
Qeyd edək ki, Kəlimatov bundan öncə İnquşetiya liderinin səlahiyyətlərinin müvəqqəti icraçısı olub.