Almaniya: Ərdoğana icazə verilməyəcək!
23.04.2018
Xarici siyasətçilərin Almaniyada seçki kampaniyası aparmasına icazə verilməyəcək.
"Dövran Media" xəbər verir ki, bu sözləri Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.
"Bizim bu məsələdə mövqeyimiz qətidir. Xarici bir ölkədə keçiriləcək seçkilərdən 3 ay əvvəlki dönəmdə Almaniyada seçki kampaniyası aparılmayacaq. Bu, hansı ölkədən gəlmələrindən asılı olmayaraq, hər kəs üçün keçərlidir”, - nazir bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki qabağı təşviqat kampaniyası çərçivəsində Avropada türk vətəndaşlara xitab edəcəyini bildirmişdi.
Almaniyadan öncə Avstriya, Yunanıstan və Hollandiya da əcnəbi siyasətçilərin ölkədə seçki kampaniyası aparmasına icazə verilməyəcəyini açıqlamışdı.