Rusiyanı buna məcbur etsək, yaxşı olar
07.09.2019
Hədəfimiz İranın Vyana razılaşmasına riayət etməsini təmin etməkdir.
Bunu Fransa Müdafiə naziri Florens Perli amerikalı həmkarı Mark Esperlə Parisdə baş tutan görüşdən sonra birgə keçirdikləri mətbuat konfransında deyib:
"Fəaliyyətimizə bu istiqamətdə davam edəcəyik. Bütün diplomatik cəhdlər bu çərçivədə aparılır”.
Perli görüşdə Rusiyanı da müzakirə etdiklərini bildirib:
"Şərtsiz yaxınlaşaraq deyil, normal bir çərçivədə dialoq qurmaq vacibdir”.
Esper də Rusiyanın Avropa qitəsində mənfi təsir yaratdığını söyləyib:
"Rusiyanı daha normal bir ölkə kimi davranmağa məcbur etsək, çox yaxşı olar".
Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Həsən Ruhani nüvə razılaşması ilə bağlı öhdəliklərindən imtina etdiklərini və bu sahədə ehtiyacı olan addımları atacaqlarını söyləmişdi.