ABŞ-Çin münasibətləri “donma nöqtəsi”nə çatıb
07.09.2019
ABŞ və Çin arasında münasibətlərin səviyyəsi "donma nöqtəsi”nə qədər enib.
Bu sözləri ABŞ-ın ABŞ-Çin Münasibətləri Komitəsinin sədri Stiven Orlins deyib.
Orlins münasibətlərin indiki vəziyyətini bu vaxta qədər gördüyü ən "pis hal” kimi xarakterizə edib. Bununla belə komitə sədri uzunmüddətli perspektivdə münasibətlərin normallaşacağına ümid etdiyini də gizlətməyib.