Vitrindən qızıllar oğurlandı
07.09.2019
Bakıda mağazanın vitrinindən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri keçirib.
Əməliyyat nəticəsində sentyabrın 6-da rayon ərazisindəki mağazaların birinin vitrinindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Aslanov saxlanılıb.