Ramil Quliyev ən yaxşı nəticəni göstərdi
07.09.2019
Azərbaycanlı atlet Ramil Quliyev Brilyant Liqa turnirinin ilin 14-cü – sonuncu mərhələsində yenə ikinci olub.
Belçikanın paytaxtı Brüsseldə keçirilən final mərhələsində kişilərin 200 metr qaçış yarışında Türkiyə adından çıxış edən Ramil 19.86 saniyəyə finişə çata bilib.
Bu, onun mövsümdə ən yaxşı göstəricisi olub. Müqayisə üçün qeyd edək ki, o, ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş Brilyant Liqa yarışında da finişə II gəlsə də, son nöqtəyə 20.01 saniyəyə çatmışdı.
Qeyd edək ki, Brüsseldə I yeri isə yenə ABŞ atleti Noy Layls tutub. O, 19.74 saniyə nəticə göstərib.