Vışinski Moskvaya qayıdır
07.09.2019
"RİA Novosti" portalının Ukrayna bölməsinin rəhbəri Kirill Vışinki bu dəqiqələrdə Kiyevdən Moskvaya uçmağa hazırlaşır.
Bu barədə "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov danışıb.
"Səbirsizliklə gəlməsini gözləyirik”, - Kiselyov bildirib.
Xatırladaq ki, Kiyev Apellyasiya Məhkəməsi "RİA Novosti" portalının Ukrayna bölməsinin rəhbəri Kirill Vışinkinin müəyyən öhdəliklər əsasında azadlığa buraxılması barədə qərar vermişdi.