Samuel karyerasını bitirib
07.09.2019
Kamerun milli komandasının sabiq futbolçusu Samuel Eto O karyerasını başa vurub.
38 yaşlı hücumçu peşəkar futbolçu kimi karyerasını bitirdiyini özü açıqlayıb.
O, İspaniyada "Real”, "Malyorka”, "Barselona”, İtaliyada "İnter”, "Sampdoriya”, İngiltərədə "Çelsi”, "Everton”, Rusiyada "Anji”, Türkiyədə "Antalyaspor” və "Konyaspor” kimi klubların şərəfini qoruyub. Futbolçunun son klubu "Qətər” olub.
S.Eto O karyerası ərzində 3 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya, 1 dəfə İtaliya çempionatının qalibi adına yiyələnib. 1996-2014-cü illərdə Kamerun yığmasında oynayan hücumçu milli tarixinin ən yaxşı bombardiridir. O, 2003, 2004, 2005 və 2010-cu illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib, 2 dəfə qitə çempionu və 2000-ci ilin Olimpiya çempionudur.