Tehran bunu etməsə... - Bolton
07.09.2019
ABŞ İrana qarşı sanskiyaları yumşaltmaq niyyətində deyil.
Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
Onun sözlərinə görə, Tehran "yalan danışmaq və terror yaymağı” dayandırmayana qədər ABŞ bu məsələdə qətiyyətli davranacaq.
"İran üçün öz xalqının qeydinə qalmaqdansa Suriya rəhbəri Bəşər Əsədin qanlı rejimini maliyyələşdirmək daha vacibdir”, - Bolton bildirib.