Erməni həbsxanalarında kütləvi qiyam
06.09.2019
Ermənistan həbsxanalarında kütləvi qiyam baş verib.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə ölkənin Ədliyyə naziri Rüstəm Badasyan öz "Facebook" səhifəsində yazıb.
Nazirin sözlərinə görə, qiyam yatırılıb, hazırda vəziyyət nəzarət altındadır. O, qiyamın davam edəcəyi təqdirdə lazımi ölçülərin götürüləcəyini bildirib.
Bir müddət öncə erməni mətbuatı həbsxanalarda kriminal avtoritetlərə qarşı təzyiq göstərildiyi barədə yazmışdı.
Yayılan məlumata əsasən, kadr təmizləmələrindən əlavə, Ədliyyə Nazirliyi dustaqlara göndərilən əşyaları da ciddi nəzarət altına alıb. Yoxlamalar zamanı məhbuslarda telefon, internet-avadanlıq və hətta qadağan olunmuş maddələr aşkar edilib.