Aygün Kazımova Nyu-Yorkda podiuma çıxdı - VİDEO
06.09.2019
Ötən gün Nyu-Yorkda keçirilən "Moda həftəsi"ndə həmyerlimiz Rüfət İsmayılın yeni kolleksiyasının dəb nümayişi olub.
Podiumun əsas modelliyi Türkiyədə yaşayan Günay Musayevaya həvalə edilib.
Əlbisələrin nümayişinə Xalq artisti Aygün Kazımova da qatılıb.
O, aksesuar və qara kostyumu ilə podiuma çıxıb.
Məşhurların yer aldığı dəb gecəsində aparıcı və dəb bloqeri Günel Hümbətova da iştirak edib.