Çəki atan aktyorun arıqlama sirri
06.09.2019
100 kiloqram arıqlayan Rusiya aktyoru Aleksandr Semçyov bunun sirrini açıqlayıb.
Bir neçə il əvvəl çəkisi 200 kiloqrama çatan sənətçi istədiyi nəticəni əldə etmək üçün pəhriz saxladığını bildirib. Semçyov rasionunda balıq, hind toyuğu əti, toyuq filesi və çiy tərəvəzlərdən istifadə edib. Metabolizmi sürətləndirmək üçün o, daha çox su içib.
Semçyovun sözlərinə görə, onun arıqlamağında motivasiyanın da böyük rolu olub. Hazırda aktyorun sağlamlıq durumu normallaşıb.