ABŞ-ın neft ehtiyatları 423 mln. barelə enib
06.09.2019
Ötən həftənin yekunlarına görə (26-30 avqust), ABŞ-ın neft ehtiyatları 4,77 mln. barel azalaraq 423 mln. barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,49 mln. barel azalacağını proqnozlaşdırırdı.