21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyanın ən qorxunc məkanı - FOTO

05.09.2019


Bu kiçik ada dünyada qorxunc məkanlarla maraqlananlar üçün favorit bölgələrdən biri sayılır. Meksikanın Xocimilço çöllüyündə yerləşən "Oyuncaq uşaq" adası öz qəribəliyi və qorxunc mənzərəsi ilə insanın qanını donduracaq özəlliyə sahibdir.
Dövran Media teleqraf.com-a istinadən xəbər verir ki, ətrafı su kanalları ilə əhatələnmiş məkanın populyaryarlıq qazanmasının səbəbi buranın oyuncaqlarla dolu olmasıdır.
Hər şey illər öncə adada bir qız uşağının su kanallarından birində boğularaq ölməsi ilə başlayıb. Don Xuliya adlı kişi bu olaydan sonra su kanalında qız uşağına aid olduğu bir oyuncaq tapır. Oyuncağı ölən kiçik qızın ruhuna hörmət üçün və adanı pis ruhlardan uzaq saxlamaq məqsədilə bir ağaca asır.
Zamanla bu olayı ənənəyə çevirməyə başlayan Santana adada nə qədər ağac varsa, hamısından uşaq oyuncaqları asmağa başlayır.
Oyuncaqların əksəriyyətinin ya başı, ya ayaqları, ya da qolları yoxdur. Ən maraqlısı budur ki, Santana da 2001-ci ildə həmin kiçik qız uşağı kimi su kanallarından birində boğularaq ölür.
O gündən bəri Santananın ailəsi də adada turistlər üçün məkanlar açaraq pul qazanmağa başlayır. Bu gün də bu ada dünyada turistlərin ən çox üz tutduqları məkanlardan biri sayılır.