Pekin Vaşinqtonla razılaşdı - 13-cü raund
05.09.2019
Pekin və Vaşinqton ticarət danışıqlarını bərpa etməklə bağlı razılığa gəliblər.
Bu barədə Çinin Ticarət Nazirliyi informasiya yayıb.
Məlumata görə, danışıqların 13-cü raundu oktyabrın əvvəlində Vaşinqtonda keçiriləcək. Buna qədər tərəflər əlaqədə olacaq, sentyabrdan etibarən görüş ərəfəsində məsləhətləşmələrə start veriləcək.