Heydər Əliyev Fondu onları məktəb ləvazimatları ilə təmin edəcək
04.09.2019
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.
Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək qeyd olunan birinci sinif şagirdlərinə çatdırılacaq.
Qeyd edək ki, Fond "Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir.