Əməkdaşlığımız əhəmiyyətlidir - Patruşev
04.09.2019
Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev azərbaycanlı həmkarı Ramil Usubovla məsləhətləşmələr zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafının əhəmiyyətli olduğunu vurğulayıb.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti informasiya yayıb.
"Bakıda təhlükəsizliklə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri aparıldı. Məsləhətləşmələr Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında keçirilib”, - mətbuat xidmətindən bildirilib.