Jirinovski: Zelenskiyə minnətdaram
04.09.2019
Prezident nədən bəhs etdiyini anlamır. Əgər toxunulmazlığı ləğv etsəniz, o zaman deputatlar susacaqlar və bütün qanunlara, o cümlədən torpaqların satılmasına da səs verəcəklər.
Bu sözləri Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.
Jirinovski çıxışında Ukraynanı dağılmağa yaxınlaşdıran addımlarına görə Ukrayna Prezidenti Vladimir Zelenskiyə minnətdarlığını bildirib.
"Bu məsələ qaldırılanda Ukrayna xalqı qarşı çıxdı. Deputatların ağzını bağlamaq üçün toxunulmazlıq ləğv edildi. Bütün torpaqları satın, sonra da başınızı tutun. O ki sizin deyil!”, - Jirinovski söyləyib.
Partiya lideri deputatların toxunulmazlığının ləğvinin Ukraynanın daha dəhşətli məhvinin başlanğıcı olacağını qeyd edib:
"Siz parlamenti susdurmağı təklif edirsiniz. Parlament susacaq, Ukrayna dağılacaq. Mən bunu alqışlayıram, siz hər şeyi düzgün etmisiniz”.
atırladaq ki, ötən gün Ukrayna parlamenti 2020-ci ilin yanvarından etibarən millət vəkillərinin toxunulmazlığının ləğv edilməsi ilə bağlı Konstitusiya dəyişikliklərini təklif edən qanun layihəsini son oxunuşda qəbul edib.