AZAL-ın təyyarəsi məcburi eniş etdi
22.04.2018
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.
AZAL-dan "APA-Economics”ə verilən məlumata görə, Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib.
"Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək”, - deyə məlumatda vurğulanıb.
"DM"