Netanyahu: “Qüds görüşü” təkrarlana bilər
03.09.2019
İsrail, Rusiya və Birləşmiş Ştatların təmsilçiləri tərəflərin milli təhlükəsizlik strukturlarının rəhbərlərinin yeni görüşünün təşkili və keçirilməsi üçün müzakirələr aparır.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu görüşün yaxın həftələr ərzində keçirilə biləcəyini qeyd edib.
Xatırladaq ki, İsrail, Rusiya və ABŞ-ın Milli Təhlükəsizlik şuralarının rəhbərlərinin ilk görüşü iyunun 25-də Qüdsdə keçirilmişdi.