Avropaya unikal müraciət: Türkiyəyə xüsusi status verilsin!
03.09.2019
Türkiyə və Ukraynaya Avropa Birliyinin tam üzvlüyü əvəzinə xüsusi statusun verilməsini təklif edirəm.
Bu sözləri Sloveniya Prezidenti Borut Pahor Bled Strateji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Qərbi Balkanlar və sözügedən ölkələr arasında müəyyən fərqlər var:
"Qərbi Balkan yarımadası ölkələrinə isə tam üzvlüyün verilməsini təklif edərdim”.