Volkan karyerasının SONU
03.09.2019
Türkiyə milli komandasının sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.
"Fənərbaxça” klubunun 37 yaşlı qapıçısı "transfer pəncərəsi”nin son günündə gələcəyi ilə bağlı vacib qərar verib.
"Sarı-lacivərdlilər”in rəmzlərindən birinə çevrilən veteran klubla yeni, fərqli müqavilə bağlayıb. O, "Fənərbaxça”nın məşqçilər korpusunda yer alacaq. Uzun illər həm yığma, həm klubunun uğurlarında pay sahibi olan V.Dəmirələ vida tədbiri də təşkil olunacaq. Ancaq mərasimin tarixi və detalları hələ dəqiqləşməyib.
Qeyd edək ki, 2002-2019-cu illərdə "Fənərbaxça”da çıxış edən qapıçı 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb, 2004—2014-cü illərdə formasını geyindiyi milli ilə Avropa çempionatının bürünc mükafatçısı olub.