Dünyada "Ən güclü barmaq" KİMDƏDİR?
02.09.2019
Rusiya idmançısı Rafael Quliyev iki barmaqdan sallanma üzrə dünya rekordçusu olub.
Bu barədə "Baykal-Daily" nəşri yazır. 85 kiloqram çəkisi olan Rafael bir dəqiqə 15 saniyə asılı vəziyyətdə qalıb. Bundan öncə barmaqlardan sallanma üzrə rekord 80 kq-dan az çəki üzrə 47 saniyə təşkil edib. Quliyev bildirib ki, hazırda "ən güclü barmaq" rütbəsi ona aiddir.
Bundan başqa, Quliyev iki barmaqda dartınma üzrə də Rusiya rekordçusudur - 16 dəfə. Həmçinin, idmançı 86 kq çəkisi olan adamı bir əllə qaldıraraq, Rusiyanın Rekordlar Kitabına düşüb.