Ərdoğan onlara qarşı tədbiri gücləndirib
02.09.2019
AKP yeni partiya quracağı gözlənilən Əli Babacan və Əhməd Davudoğluna qarşı tədbirləri gücləndirib.
Xəbər verildiyi kimi, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, AKP rəhbərliyi yeni yaradılacaq partiyaya AKP üzvlərinin qoşulmasının qarşısını almağa çalışır. Bu istiqamətdə partiya ilə əlaqələri pozulmuş və ya nisbətən partiyadan uzaqlaşmış üzvlərlə münasibətlərin bərpası üçün "vəfa iclasları” keçirilməsinə başlanılıb. Partiya daxilində bu cür toplantıların keçirilməsi məqsədəuyğun hesab edilsə də, bu prosesin bir qədər gec başlanmasından şikayət edilib.